Keçmiş UFC döyüşçüsü Zabit Maqomedşaripov RAF güləş liqası ilə müqavilə imzalayıb və bir neçə qarşılaşmada iştirak edəcək. Onun ilk döyüşü 14 noyabrda Əbu-Dabidə keçiriləcək turnirdə baş tutacaq. Həmin tədbirin əsas döyüşündə Xamzat Çimayev və Kolbi Kovinqton üz-üzə gələcək. Zabitin rəqibi yaxın günlərdə açıqlanacaq.

Offsideplus.az xəbər verir ki, avqustun 2026-cı ilində Maqomedşaripov ACB JJ turnirində Yussef Zalalı hakimlərin qərarı ilə məğlub edib. Zabit bildirib ki, bundan sonra qreplinq üzrə çıxış edəcək və ACB JJ kəmərini qazanmaq niyyətindədir.