Azərbaycan U-20 milli komandası əsas vaxtı qolsuz başa çatan yoxlama oyununda Yaponiyanı penaltilər seriyasında məğlub etdi – 5:4.
Oyunsonrası mətbuat konfransında millimizin baş məşqçisi Rui Jorje media önünə çıxıb.
– Futbolçularda fiziki çatışmazlıq hiss olunurdu. Bu barədə klubları ilə müzakirələr aparırsınız?
– Yolun başlanğıcındayıq, bu normaldır. Heyətdə rotasiyalar etdik. Futbolçularımdan intensivlik tələb edirəm. Oyunun sonunda yorğun olmaları normaldır.
– Futbolçular Premyer Liqada şans qazana bilmirlər. Bu barədə komandaların baş məşqçiləri ilə danışırsınız?
– Klubların işinə müdaxilə edə bilmərəm. Bəzi oyunçular əvəzedici və U-19 komandada oynayırlar. Sadəcə şikayətlənməklə iş düzəlmir. Elə oyunçular var ki, keyfiyyətlidirlər.
– Moldova ilə oyundan fərqli olaraq, bu gün müdafiədə ciddi səhvlərə yol verilmədi. Qısa müddətdə bunu necə düzəltdiniz?
– Moldova ilə oyunda müdafiədə hücumdan daha çox səhv edirdik.
– Qol buraxmamağınıza daha çox sevinirsiniz, yoxsa vur bilməməyinizə məyus olursunuz?
– Hər ikisi beni qane etdi. Hücum alınmasa da, müdafiəni qorumaq lazımdır. Hücumda da qorxmaq lazım deyil.
– Bəyəndiyiniz futbolçular əvvəldən təbii meydançada oynasaydılar, Portuqaliyadakı kimi keyfiyyətli olardılarmı?
– Bunu demək çətindir. Şərait, meydança amili və sair futbolçuya daha çox kömək edir. Əllərində imkan var ki, həmişə inkişaf etsinlər.
– U-21-dəki milliləşdirilmiş futbolçular çağırılacaq?
– Hamısını nəzərə alacağam. İndiki futbolçularıma vurğunam, onlar millidə olmağı haqq edirlər. Əlbəttə, limit də olacaq.
– Əli Bəşirov haqqında nə düşünürsünüz?
– Çox istedadlı oyunçudur. Avropadakı həmyaşıdlarından geri qalmır. Bütün toplanışlara dəvət alır. Əsas olan yaşı yox, keyfiyyətidir. Hər bir oyunçu öz üzərində çalışmalıdır.


