Dünyanın bir nömrəli raketkası Yannik Sinner sağ dizindəki zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurub.
Offsideplus.az xəbər verir ki, italyanlı tennisçi qərarı həkimlərlə məsləhətləşmədən sonra qəbul etdiyini bildirib:
"Həkimlərlə birlikdə dizim üçün bərpa müalicəsi keçməyə qərar verdik. Bu da o deməkdir ki, 2026-cı il mövsümü mənim üçün yekunlaşdı. Son iki il, xüsusilə Turindəki mövsümün sonu mənə çox gözəl emosiyalar bəxş etmişdi. Lakin bu il tamamilə fərqli olacaq. İndi karyeramın uzunmüddətli gələcəyini də düşünməliyəm. Yenidən 100 faiz hazır olmaq üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Sinner son matçını iyul ayında çempion olduğu "Uimbldon" turnirində keçirib.


