İspaniyalı müdafiəçi Dani Karvaxal azad agent kimi "Xetafe"yə transfer oluna bilər.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı sağ cinah müdafiəçisi keçidə müsbət yanaşır və baş məşqçi Pepe Bordalasın rəhbərliyi altında oynamaq imkanını yüksək qiymətləndirir. Karvaxal 2013-cü ildən etibarən "Real Madrid"in formasını geyinib, bu müddətdə bütün turnirlərdə 435 oyunda iştirak edib, 14 qol vurub və 65 məhsuldar ötürmə ilə yadda qalıb.


