UFC döyüşçüsü Şavkat Raxmonovun atası Baqtybay Raxmanulı Alpamısov 66 yaşında dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, döyüşçünün komandasına yaxın mənbə atasının 2 avqustda vəfat etdiyini təsdiqləyib. Ozgerisinfo xəbər portalının sosial şəbəkə hesabında mərhumun xatirəsinə cümə axşamı Qurani-Kərim oxunuşu və ehsan süfrəsi təşkil olunacağı bildirilib. Məlumatda "Hörmətli qohumlar, yaxınlar və dostlar. Atamız Alpamısov Baqtybay Raxmanulının xatirəsinə cümə axşamı Qurani-Kərim oxunuşu və dua mərasimi keçiriləcək. Hamınızı dua etməyə dəvət edirik" – deyə qeyd olunub.