La Liqanın prezidenti Xavyer Tebas FİFA rəhbəri Canni İnfantinonun artıq postunu tərk etməli olduğunu düşünür.
Offsideplus.az xəbər verir ki, Tebas bu barədə Le Monde nəşrinə açıqlama verib. O bildirib ki, İnfantinonun idarəçilik üslubunu uzun müddətdir müşahidə edir və onun layihələrinin futbolun əsasını təşkil edən milli liqalara zərər vurduğunu hesab edir.
"Mənim üçün Canni İnfantinonun dövrü çoxdan başa çatıb. Bu fikri son hadisələrə görə demirəm. Onun idarəçilik tərzini uzun müddətdir görürəm, baxmayaraq ki, digərləri bunu indi yeni kəşf edir. İnfantino futbolun inkişafına töhfə vermir. Əksinə, onun layihələri idmanın əsasını – milli liqaları dağıdır. Futbol yalnız elita ilə məhdudlaşmır. Mənim üçün İnfantinonun dövrü bitib. İndi yalnız bunun nə vaxt və necə baş verəcəyini gözləmək qalır. Ümid edirəm ki, dəyişiklik sadəcə insanların əvəzlənməsi ilə kifayətlənməyəcək, həqiqi islahatlar olacaq", – deyə Tebas vurğulayıb.


