“Arsenal” və Dortmundun “Borussiya” klubları arasında keçirilən "Emirates Cup" matçı başa çatıb. 

Offfsideplus.az xəbər verir ki, qarşılaşma Almaniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 7-ci dəqiqədə “Borussiya”nın hücumçusu Samuele İnasio açıb. 29-cu dəqiqədə “arılar”ın yarımmüdafiəçisi Konstantinos Karetsas komandasının üstünlüyünü artırıb. İkinci hissədə, 54-cü dəqiqədə İtan Nvaneri “Arsenal”ın qollarından birinin əvəzini çıxıb. 58-ci dəqiqədə müdafiəçi Joan Qadu Almaniya klubunun üçüncü qolunu vurub. 69-cu dəqiqədə isə “topçular”ın hücumçusu Viktor Dyökeres qarşılaşmada son nöqtəni qoyub - 3:2.

Avqustun 16-da Mikel Artetanın komandası İngiltərə Superkuboku uğrunda matçda “Mançester Siti” ilə üz-üzə gələcək. Avqustun 22-də isə “Borussiya” “Bayern Münhen"lə qarşılaşacaq və bu görüşdə Almaniya Superkubokunun qalibi müəyyənləşəcək.