UFC-nin yarımyüngül çəki dərəcəsində titul döyüşü baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, oktyabrın 24-də Əbu-Dabidə keçiriləcək UFC 333 turnirinin əsas qarşılaşmasında Aleksandr Volkanovski və Movsar Evloyev üz-üzə gələcək.

Həmin gecənin ikinci əsas döyüşündə isə yüngül çəkidə titul uğrunda Petr Yan və Merab Dvalişvili qüvvəsini sınayacaq. Hazırda Evloyev peşəkar karyerasında 20 döyüşün hamısında qələbə qazanıb. Volkanovskinin isə aktivində 28 qələbə və 4 məğlubiyyət var. 

Volkanovski bu qarşılaşma barədə danışarkən bildirib: "Daha tez güləş məşqlərinə başlamaq yaxşı olar".