Bu gecə növbəti UFC tədbiri baş tutacaq.
Offsideplus.az xəbər verir ki, gecənin əsas döyüşündə Çarlz Oliveyra və Maks Hollouey üz-üzə gələcək.
Görüşün qalibi BMF kəmərinin sahibi olacaq.
Bu, onların ikinci döyüşüdür. İlk qarşıdurmada M. Hollouey qələbə qazanıb.
Əsas kardın digər duelləri bunlardır:
Kayo Borralyo (84,4 kq) – Renye de Ridder (84,1 kq)
Rob Font (61,7 kq) – Raul Rosas-kiçik (61,5 kq)
Drü Dober (70,8 kq) – Maykl Conson (70,5 kq)
Qreqori Rodriqes (84,4 kq) – Bruno Ferreyra (83,5 kq)
Qeyd edək ki, əsas döyüşlər sabah Bakı vaxtı ilə saat 06:00-dan etibarən başlayacaq.


