Qadın futbolçulardan ibarət Azərbaycan yığması "FIFA Tri Nations Women"s Football Series 2025" turnirinin qalibi olub
Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeş kollektivini 2:1 hesabı ilə üstələyərək turnirin qalibi adını qazanıb.
Qolları Sevinc Cəfərzadə (19) və Esra Manya (84) vurublar.
Qeyd edək ki, yığmamız turnirdəki ilk görüşündə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.



