Qadın futbolçulardan ibarət Azərbaycanın yığması "FIFA Tri Nations Women"s Football Series 2025" turnirində bu gün ikinci matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeşlə qarşılaşacaq.
Dəkkə şəhərindəki Milli Stadionda oynanılacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, yığmamız turnirdəki ilk görüşündə Malayziyaya 2:0 hesabı ilə qalib gəlib.



