Azərbaycan U-21 yığmasına yeni futbolçu dəvət olunub.
Offsideplus.az xəbər verir ki, İslandiya və Fransa ilə keçirilən oyunlar zamanı əsas yığmanın düşərgəsində olan "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, U-21 sabah (noyabrın 18-i) Avropa çempionatının seçmə mərhələsində səfərdə Cəbəllütariq yığması ilə qarşılaşacaq.



