Portuqaliya millisinin baş məşqçisi Kriştiano Ronaldunun yoxluğu barədə danışdı.
Offsideplus.az xəbər verir ki, o, Ermənistanı 9:1 hesabı ilə darmadağın etdikdən sonra verilən “Komanda Ronaldo olmadan daha yaxşıdırmı?” sualına aydın və qəti cavab verib.
Martinez bildirib: “Xeyr, biz Ronaldo, Nuno Mendes və Pedro Neto ilə daha yaxşıyıq. Ən önəmlisi odur ki, bəzi oyunçular olmayanda da qazanmağın yolunu tapmalıyıq. Amma bütün vacib oyunçuların olması komandamızı daha güclü edir.”
Qeyd edək ki, Portuqaliya millisi ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya vəsiqəni “Draqau” stadionunda Ermənistan üzərindəki möhtəşəm qələbə ilə təmin edib.



