DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun son oyunu çərçivəsində Azərbaycan milli komandası sabah Fransa yığması ilə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib. 

“Sabah tsiklda son oyunumuzdur. Ağır qrupda idik. Rəqib qrup lideridir. Səfərdə də bizim üçün ağır oyun oldu. Oyunçularımızın bu komandaya qarşı mübarizəsi 70 dəqiqəyə qədər daha yaxşı oldu. Dəyişikliklərdən sonra daha çətin keçdi. Rəqib komandada dəyişikliklər ola bilər. Gənc oyunçuları var. Bu bizə çətinlik yarada bilər. Özlərini göstərmək istəyəcəklər. Bizdə də itkilər var. Toral zədələndi. Yerinə oynayacaq futbolçulara inanırıq. Futbolçularımızın yaxşı mübarizə aparacağına inanırıq. Bu oyunçulara qarşı mübarizə gələcəyimiz yaxşıya doğru deməkdir”.

44 yaşlı mütəxəssis komandadakı itkilərə münasibət bildirib: 

"Son müdafiəçilərin zədələnməsi bizi çətin duruma saldı. Rüfətin ilk oyunu idi. gənclərə şans verməliyik, onları görünüş üçün çağırmırıq. Xəyal, Rüfət pis təsir bağışlamadı. Sabah futbolçuların duurmuna baxacağıq. İslandiya ilə oyunda böyük yükdə olublar. Sabah qərar verəcəyik". 

Qeyd edək ki, Azərbaycan - Fransa matçı 16 noyabr saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.