Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunun son oyununda sabah Fransa yığması ilə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, Fransa milli komandasının baş məşqçi Didye Deşam mətbuat konfransında bu fikirləri bölüşüb. 

“Biz artıq dünya çempionatına ik. 3 gün əvvəl oyun keçirmişik. Dembele və Mbappenin yoxluğu sabah bizə çətinlik yaradacaqmı? Dezire Due və başqaları da yoxdur. Sabah 22 futbolçumuz Fransa milli komandası adına iştirak edəcək. Enerjili inadkar oyunçularımız var. Məqsədimiz oyunları qazanmaqdır".

57 yaşlı mütəxəssis zədəli Kilian Mbappenin Bakıya gəlməməsini və durumunu belə şərh edib: 

"Mbappenin topuğunda problemlər vardı. "Real"ın tibbi heyəti onunla məşğul olacaq. Biz risk almaq istəmirik. Risklər almaq istəmirəm. 22 oyunçumuz burdadır, onların da məqsədi var. Təbii ki, oyunlardan dolayı yorğunluq var. Lakin biz vaxtında gəlmişik, hazırıq".

O, futbolçuların ilk dəqiqələrdə çəkingən çıxış etməsi ilə bağlı suala bu cür cavab verib:

"Bizdə bu problem yoxdur. Meydana çıxanda xarakterlər dəyişir. Mayk Mayneni misal çəkə bilərəm, bugünkü ilə sabahkı eyni deyil". 

Qeyd edək ki, Azərbaycan - Fransa matçı 16 noyabr saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.