Fransa milli komandasının kapitanı Kilian Mbappe Azərbaycana qarşı oyun öncəsi fiziki durumu barədə danışıb. 

Offsideplus.az xəbər verir ki, o, özümü yaxşı hiss etdiyini və yığmamıza qarşı matçda iştirak etmək istədiyini söyləyib:

"Topuğum necədir? Oynamaq istəyirəm. Baş məşqçi oynamağımı istəyir. Böyük problemin olduğunu düşünmürəm. Yaxşı hiss edirəm. Hələ ki, məşqlərə qoşulmamışam. Bu gün məşq edəcəm. Narahat olunası durum yoxdur. Mən oynamaq və Dünya Kubokuna vəsiqə qazanmaq istəyirəm".

Qeyd edək ki, Fransa - Azərbaycan oyunu 10 oktyabr saat 22:45-də baş tutacaq.