Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsi üzrə İslandiya və Ukraynaya qarşı oyunlar üçün 24 futbolçu çağırdı.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" milli komandaya ən çox oyunçu göndərən klubumuz olub. Bu futbolçulardan 7-si Ağdam təmsilçisində forma geyinir. "Zirə" 4, "Neftçi" və "Sabah" hərəyə 3, "Sumqayıt və "Qəbələ" isə yığmamıza hərəyə 1 futbolçu töhfə verib.
24 oyunçudan 5-i ölkə xaricindən milli komandaya dəvət alıb.
7 - “Qarabağ”: Şahrudin Məhəmmədəliyev, Abbas Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə, Musa Qurbanlı
4 - “Zirə”: Aydın Bayramov, Qismət Alıyev, İsmayıl İbrahimli, Ceyhun Nuriyev
3 - “Neftçi”: Rza Cəfərov, Elvin Bədəlov, Emin Mahmudov
3 - “Sabah”: Rəhman Daşdəmirov, Anatoli Nuriyev, Xəyal Əliyev
1 - “Sumqayıt”: Səbuhi Abdullazadə
1 - “Qəbələ”: Şahin Şahniyarov
1 - “Arda”: Cəlal Hüseynov
1 - “Daejeon Hana Sitizen” (Cənubi Koreya): Anton Krivotsyuk
1 - Volendam (Niderland): Ozan Can Kökçü
1 - “Kayzerslautern” (Almaniya): Mahir Emreli
1 - Motor (Polşa): Renat Dadaşov
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.



