Azərbaycan yığmasının Ukrayna ilə matçının yeri dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, UEFA dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib. 

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşma oktyabrın 13-ü, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.