Azərbaycan və Macarıstan futbol yığmaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 2-10 manat arasında dəyişir.

Qarşılaşma bu il iyunun 10-da saat 20:00-da “Liv Bona Dea Arena”da start götürəcək.

Biletlərin qiymətləri:

1-ci Kateqoriya - 5 AZN

2-ci Kateqoriya - 2 AZN

VİP - 10 AZN

iTicket.az satış məntəqələri: 

Gənclik Mall

28 Mall

Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)

Köşk No2 (Bülbül prospekti, Nizami küç.)

1 Saylı ASAN xidmət mərkəzi

2 Saylı ASAN xidmət mərkəzi

3 Saylı ASAN xidmət mərkəzi

4 Saylı ASAN xidmət mərkəzi

1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi