21 yaşadək milli komandamızın təlim-məşq toplanışı başa çatdı.
Offsideplus.az xəbər verir ki, yığmanın iki həftəlik hazırlıq prosesi haqda seçməmizin baş məşqçisi Rəşad Eyyubov fikirlərini “Feysbuk” hesabında bölüşüb:
“Bəhreyn və Qırğızıstana qarşı keçirdiyimiz iki yoxlama oyunu bizim üçün faydalı oldu. Yeni ideyaları və yeni oyunçu kombinasiyalarını sınadıq. Yeddi yeni futbolçu öz şansını aldı və inanıram ki, gələcəkdə komandamızdakı rəqabəti daha da artıracaqlar. Sentyabr ayında bizi üç həlledici oyun gözləyir. Bu təlim-məşq toplanışı bizə çox məlumat verdi. İndi əsas məqsədimiz bu məlumatları düzgün analiz edib növbəti oyunlara daha yaxşı hazırlaşmaqdır. Mən hər zaman pozitiv qalıram və həm futbolçularıma, həm də məşqçilər heyətimə inanıram”.


