UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycan milli komandası bu gün Litva yığması ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, matç saat 17:00-da "8-ci km" stadionunda keçirilib.
Qarşılaşmanı Portuqaliyadan olan FİFA referisi Qustavo Korreya idarə edib. Ona Andre Filipe Noqeyra Dias və Andreya Souza köməklik göstəriblər.
Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirib. VAR-da Bruno Esteves, AVAR-da isə Ana Klaudiya Silva Ribeyro əyləşib.
UEFA Millətlər Liqası
17:00 Azərbaycan 1:0 Litva
Qol: Xaybullayev
8-ci km stadionu
Azərbaycan: Emil Balayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Abdulla Xaybullayev, Aleksey İsayev, Rüfət Abbasov, Emil Səfərov, Mahir Emreli, Renat Dadaşov.
Ehtiyat oyunçular: Aydın Bayramov, Rəvan Mirzəmmədov, Anton Krivotsyuk, Emin Mahmudov, Anatoli Nuriyev, Toral Bayramov, Elvin Bədəlov, Ceyhun Nuriyev, Vüsal İsgəndərli, Oruc Məmmədov, Rüfət Abdullazadə, Musa Qurbanlı
Litva: Şvedkauskas, Lekiatas, Utkus, Armalas, Liçkunas, Vorobyovas, Gineitis, Lasiçkas, Slivka, Kuçiş, Doljnikov


