Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası bu gün beynəlxalq yoxlama oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv Malta millisi ilə üz-üzə gəlib. 

Matç Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Szombathely şəhərində yerləşən Haladaş Futbol klubunun meydançasında baş tutub. Görüş rəqib komandanın 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, millimiz iyunun 9-da San Marino ilə qarşılaşacaq. 

Yoxlama oyunu 

22:00 Malta - Azərbaycan 2:0

"Haladaş" FK-nin meydançası