17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi yığma B liqasının 2-ci qrupunda son oyununda Malta yığması ilə qüvvəsini sınayıb.

Görüş heç-heçə başa çatıb - 2:2.

U-17-nin qollarına Əli Bəşirov və Rayan Debono (öz qapısına) imza atıb.

Qeyd edək ki, millimiz qrupdakı əvvəlki görüşlərində Bolqarıstan (1:1) və Litva (0:0) seçmələri ilə bərabərə qalıb.

Yığmamız qrupu 3 xalla 3-cü yerdə başa vurub. 7 xal toplayan Bolqarıstan qrupun lideri olub.

30 mart (bazar ertəsi)

14:00. Azərbaycan (U-17) – Malta (U-17) 2:2

Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)

Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi