Viçenso Montella İtaliya ilə matçdan sonra açıqlamalar verib

Offsideplus.az xəbər verir ki, Türkiyə Milli komandasının baş məşqçisi Viçenso Montella Millətlər Liqasında İtaliyaya qarşı keçirilən oyundan sonra nəticəni şərh edib və komandanın hədəflərindən danışıb.

"Nəticə istədiyimiz kimi olmasa da, əsas hədəfimizin Avropa Çempionatı olduğunu unutmadan bu təcrübələrdən özümüzü inkişaf etdirmək üçün istifadə edəcəyik. Yalnız qol çatışmazlığımız var idi deyə bilərəm. 

Burada olduğum üçün qürurluyam, vaxtında fərqli təkliflər alsam da, qaldığım üçün həqiqətən xoşbəxtəm. Çünki oyunçularıma sonuna qədər inanıram".