Argentina millisiyin ulduz futbolçusu Lionel Messi Buenos-Ayres Universiteti tərəfindən fəxri doktor adına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, Universitetin rektoru Rikardo Xelpi bildirib ki, bu mükafat təkcə onun meydandakı statistik göstəricilərinə görə verilməyib.
Messi sadəliyi, iradəsi və Argentina kimliyinin əsl səfiri kimi dəyərləndirilib.
Mükafatlandırma sənədində onun 2021 və 2024-cü illərdəki Amerika Kubokundakı qələbələri, "Finalissima", Qətər-2022 dünya çempionluğu və 2026-cı il Dünya Çempionatının gümüş medalçısı olması xüsusi qeyd edilib.
Messi bu adı qürurverici adlandırıb.


