"Real Madrid" klubu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa - Azərbaycan oyununu xüsusi diqqətdə saxlayacaq.
Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, "Kral klubu" Kilian Mbappeyə görə narahatdır. Fransız hücumçu "Vilyarreal"a qarşı La Liqa matçında sıradan çıxmış və topuğundan zədə almışdı. Buna baxmayaraq, Mbappe Fransa milli komandasının düşərgəsində fərdi məşqlər edir, bu gün media önünə çıxacaq və sabahkı oyunda iştirakı da istisna deyil.
Bu səbəbdən, "Real Madrid" oktyabrın 10-da baş tutacaq Fransa - Azərbaycan oyununda Mbappeyə göz-qulaq olacaq.
Qeyd edək ki, sözügedən matç 10 oktyabr Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.



