"Barselona"nın futbolçusu Fermin Lopes yay boyunca təkliflər alsa da, sonda klubda qalıb.
Offsideplus.az xəbər verir ki, gənc yarımmüdafiəçi bundan xoşbəxt olduğunu bildirib:
"Müqaviləmin sonuna qədər burada qalmaq istəyirəm. Bu klubu sevirəm".
Qeyd edək ki, F. Lopesin katalon klubu ilə 2029-cu ilin yayına qədər sözləşməsi var. O, 13 yaşından bəri klubun üzvüdür.



