"Barselona" klubu futbolçusu Jül Kunde ilə yeni sözləşmə imzalayıb. 

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi fransız ulduz ilə 2030-cu ilin yayınadək müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, 26 yaşlı müdafiəçi 2022-ci ildən "Barselona"nın formasını geyinir.