"Real Madrid" daha bir transferi rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, "kral klubu" 17 yaşlı Franko Mastantuononu heyətinə qatıb.

Bu barədə klub rəsmi saytından məlumat verib.

Madrid təmsilçisi argentinalı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.

"River Pleyt" yetirməsi olan Mastantuono ötən ildən etibarən əsas komandada çıxış edir. O, Argentina nəhəngində 61 oyuna 10 qol vurmağı bacarıb.

Argentinalı futbolçu Din Höysen və Trent Aleksandr-Arnolddan sonra "Real Madrid"in bu yayki 3-cü transferi olub.