“Barselona” klubu yay transfer pəncərəsində heyətini gücləndirmək üçün fəal addımlar atmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi mərkəz müdafiəçisi, cinah müdafiəçisi və 17 yaşlı ulduz Lamin Yamal üçün alternativ vinger transfer etmək istəyir.
Klub bu addımı gənc futbolçuya çox böyük yük düşməsinin qarşısını almaq və heyətin oyun balansını qorumaq məqsədilə atır. Yamal mövsüm ərzində göstərdiyi parlaq oyunla “Barselona”nın əsas heyətinə daxil olsa da, rəhbərlik onun üzərinə çoxlu məsuliyyət düşməsinin qarşısını almaq, həmçinin mümkün zədə və yorğunluq risklərini azaltmaq üçün əvəzləyici oyunçuların transferini planlaşdırır.