Kilian Mbappe Madrid "Real"ında Alfredo Di Stefanoya məxsus 71 illik rekordu qırıb.

Offsideplus.az xəbər verir ki, fransız hücumçu dünən La Liqanın XXXVI turunda "Malyorka" ilə görüşdə fərqlənməklə qollarının sayını 28-ə çatdırıb.

Bununla da, Mbappe debüt ilində "Real"ın heyətində İspaniya çempionatında hamıdan çox fərqlənən futbolçuya çevrilib.

Əfsanəvi Alfredo Di Stefano 1953/54 mövsümündə "kral klubu"nda debütünü 27 qolla qeyd etmişdi.

Onu da əlavə edək ki, ötən il PSJ-dən transfer olunan Mbappe "Real"da bütün turnirlərdə 53 oyuna çıxıb, 39 qol vurub və 4 məhsuldar ötürmə verib.