"Barselona" əla mövsüm keçirən Rafinya ilə yeni müqavilə imzalayacaq.
Offsideplus.az xəbər verir ki, katalon klubu braziliyalı futbolçunun sözləşməsini 2029-cu ilin yayına qədər uzadacaq.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Rafinya 2022-ci ildən "blauqrana"da çıxış edir. O, cari mövsüm 54 oyunda 34 qol vurub və 25 məhsuldar ötürmə edib.
Braziliyalı Çempionlar Liqasında Kriştiano Ronaldunun rekorduna da şərik olub. O, bir mövsümdə 21 qolun vurulmasında birbaşa iştirak edib.



