Madrid "Real"ının yeni baş məşqçisi Xabi Alonso komandanın hücum xəttindəki əsas fiqurlardan sayılan Kilian Mbappe və Vinisius Juniorla bağlı qərar verib.

Offsideplus.az Cadena SER-ə istinadən xəbər verir ki, ispan çalışdırıcı iki hücumçunun yer alacağı taktiki sxemə üstünlük verəcək.

O, "Kral klubu"nda 5-3-2 və 4-4-2 sxemlərini tətbiq edəcək. Belə olan halda, yeni baş məşqçi ön xətdə Kilian Mbappe - Vinisius Junior tandemini oynayadacaq. 

Digər hücumçu Rodriqonun isə komandadan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Alonso "Real"da işinə iyunun əvvəllərində - klublararası dünya çempionatının startı ərəfəsində başlayacaq.