Corcinyo Veynaldumun PSJ ilə anlaşmasından sonra "Barselona" yarımmüdafiə xətti üçün digər namizədləri gözdən keçirir.
Offsideplus.az CCMA-ya istinadla xəbər verir ki, katalonlar Fabian Ruisin transferində maraqlıdır. Klub rəsmiləri Kumanın sərəncamında görmək istədiyi 25 yaşlı futbolçunun ətrafı ilə əlaqə yaratsalar da, "Barsa" hələ ki "Napoli"yə rəsmi təklif göndərməyib. Bilinən odur ki, Ruis İspaniya nəhəngində oynamağı arzulayır.
Qeyd edək ki, Fabian son mövsümdə "Napoli" formasında meydana çıxdığı 41 qarşılaşmada 3 qol vurub, 4 məhsuldar ötürmə verib.



