"Mançester Siti" klubunun və İspaniya millisinin ulduz yarımmüdafiəçisi Rodrinin ətrafı onun bir neçə gün əvvəl "Real Madrid" klubunun prezidentliyinə namizəd Enrike Rikelme ilə söhbət etdiyini təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, iş adamı Enrike Rikelme gələcəkdə "Real Madrid"in prezidenti seçiləcəyi təqdirdə təcrübəli yarımmüdafiəçini komandasında görmək istədiyini və gələcək layihələrində ona güvənmək niyyətində olduğunu futbolçuya çatdırıb.

Rodriyə yaxın mənbələr bu maraqlı görüşün təfərrüatları ilə bağlı mediaya açıqlama verərək hələlik rəsmi bir addımın atılmadığını bildiriblər. Enrike Rikelme gələcəkdə Rodriyə güvənmək istədiyini və onu planlarında gördüyünü ifadə edib. Lakin hazırkı mərhələdə tərəflər arasında heç bir transfer danışığı və ya rəsmi müzakirə baş tutmayıb.

Xatırladaq ki, Enrike Rikelme "Real Madrid" klubunda keçiriləcək növbəti prezident seçkilərində namizəddir və Rodri transferini özünün əsas seçki vədlərindən birinə çevirməyi planlaşdırır.