Fransa nəhəngi UEFA-nın yeni liqa formatı ilə keçirdiyi turnirdə göstərdiyi möhtəşəm performans və qazandığı titulla büdcəsini kəskin şəkildə zənginləşdirib.

Offsideplus.az xəbər verir ki, bilet və oyun günü gəlirləri xaric, klubun yalnız UEFA-dan əldə etdiyi birbaşa gəlirlərin bənd-bənd siyahısı bu cür olub:

  • Televiziya hüquqları (Value Pillar): 34 milyon avro

  • UEFA əmsal ödənişləri (Coefficient): 11 milyon avro

  • Liqa mərhələsində iştirak payı: 18.6 milyon avro

  • Liqa mərhələsi performans bonusları: 18.7 milyon avro

  • 1/8 finala vəsiqə: 11 milyon avro

  • 1/4 finala vəsiqə: 12.5 milyon avro

  • Yarımfinala vəsiqə: 15 milyon avro

  • Finala vəsiqə: 18.5 milyon avro

  • Çempionluq bonusu: 6.5 milyon avro

  • UEFA Superkubokunda iştirak bonusu: 4 milyon avro


Cəmi gəlir: Bu nəticələrlə birlikdə PSJ təkcə son iki mövsümdə Çempionlar Liqasından təxminən 300 milyon avro xalis gəlir generasiya edib.