UEFA Çempionlar Liqasının (UÇL) 2015-ci ildən 2030-cu ilə qədərki qaliblərini öncədən təxmin etdiyi iddia olunan bir siyahı sürətlə yayılmaqdadır.
Offsideplus.az xəbər verir ki, bu maraqlı siyahı futbolsevərlər arasında böyük müzakirələrə və təəccübə səbəb olub.
Məsələnin ən çox diqqət çəkən və bir qədər də "qorxuducu" tərəfi ondan ibarətdir ki, siyahıdakı təxminlərin böyük bir qismi artıq dəqiqliklə reallığa çevrilib.
Siyahıda hansı klublar yer alıb? Proqnozlar xronoloji ardıcıllıqla bu şəkildə sıralanır:
-
2015: "Barselona"
-
2016: "Real Madrid"
-
2017: "Real Madrid"
-
2018: "Real Madrid"
-
2019: "Liverpul"
-
2020: "Bayern Münhen"
-
2021: "Çelsi"
-
2022: "Real Madrid"
-
2023: "Mançester Siti"
-
2024: "Real Madrid"
-
2025: "Paris Sen-Jermen"
-
2026: "Paris Sen-Jermen"
-
2027: "Barselona"
-
2028: "Çelsi"
-
2029: "Çelsi"
-
2030: "Real Madrid"
Siyahının bugünədək olan hissəsi real çempionlarla tamamilə üst-üstə düşür. Bu da izləyicilər arasında "Siyahı həqiqətənmi illər öncə hazırlanıb, yoxsa sadəcə köhnəlmiş kağız effekti verilmiş uğurlu bir montajdır?" sualını doğurub.
Əgər siyahının gələcək illər üçün proqnozları da doğru çıxarsa, Fransa nəhəngi "Paris Sen-Jermen" klubunun ardıcıl çempionluqlarından sonra isə turnirdə yenidən "Barselona" və "Çelsi" dominantlığına şahidlik edə bilərik. Siyahının son akkordunu isə 2030-cu ildə yenidən turnirin mütləq hakimi sayılan "Real Madrid" vuracaq.



