“Barselona” futbolçuları İspaniya La Liqasının 27-ci turunda baş tutan “Atletik Bilbao”ya qarşı oyuna qara sarğı ilə çıxıblar.
Offsideplus.az xəbər verir ki, buna səbəb “Barselona”nın yarımmüdafiəçisi Pablo Qavinin nənəsinin vəfatıdır.
Komanda üzvləri futbolçunun nənəsinin xatirəsinə hörmət əlaməti olaraq matəm nişanəsi kimi qollarına qara sarğı taxıblar.
Qeyd edək ki, matç Katalon klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Lamin Yamal matçın 68-ci dəqiqəsində vurduğu qolla komandasına qələbə qazandırıb.


