Hazırda zədəli olan "Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldonun son durumu bəlli olub.

Offsideplus.az xəbər verir ki, o, Səudiyyə Pro Liqasının 25-ci turu çərçivəsində keçiriləcək "Neom"la matçdan öncə sosial şəbəkə hesabında foto paylaşaraq bu sözləri yazıb: “Bərpa olunuram və bugünkü oyunu izləməyə hazıram. İrəli, Əl-Nəsr!".

Qeyd edək ki, 41 yaşlı futbolçu ötən turda "Əl-Feyha" ilə matçda zədələnib. Futbolçu hazırda Madriddə müalicə prosesini davam etdirir.