Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq.

K.Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Oyun iyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.