“Möhtəşəm dəstək gördük”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə cavab matçından sonra deyib.
Mütəxəssis komandanın mübarizə apardığını bildirib:
"Məğlub olmaq istəmirdik. Çox həvəsli və istəkli idik. Səhvlərimiz oldu. Hücum xəttində çatışmazlıqlarımız vardı. Belə rəqiblərə qarşı geniş hücum xəttin olmalıdır. Amma meydanda vuruşan kollektiv gördük. Rəqibi təbrik edirəm. Futbolçulara heç nə demədim Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm".
Qurbanov transfer məsələsində gecikdiklərini qeyd edib: "Ümumi transfer işlərinə yanvar ayından başlamışdıq. Əldə etdiyimizi tez bir zamanda etdik. Əgər bu transferlər heç olmasa 10 gün əvvəl həll olunsaydı, faydası ola bilərdi. Alınmadı. Heyətlə bağlı problemlərimiz də var idi, gözlənilməz zədələr baş verdi. Artıq itirəcək heç nəyimiz yoxdur. Görünür, bu gün bizə məğlubiyyət qismət idi. İndi əsas sual budur ki, buna necə reaksiya verəcəyik.”
Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubuna iki oyunun nəticəsinə (1:0, 1:4) əsasən uduzaraq mübarizəni dayandırıb.


