Azərbaycanda təşkil olunan III MDB oyunları bu gün başa çatacaq.
Offsideplus.az xəbər verir ki, turnirdə sonuncu qaliblər və medalçılar müəyyənləşəcək.
Şəkidə bədii gimnastlar mübarizə aparacaq.
Bakı vaxtı ilə saat 19:00-da isə Gəncə stadionunda turnirin bağlanış mərasimi baş tutacaq.
Qeyd edək ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.
Turnirdə Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Pakistanı və Omanı isə 4 idmançı təmsil edir.



