III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar bitib.

 Offsideplus.az xəbər verir ki, qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi finalda Rusiyaya uduzub (45:35) və gümüş medal qazanıb.

 Sablya növü üzrə qızlardan ibarət ikinci komandamız yarımfinalda Rusiyaya (18:45) uduzub və bürünc medala sahib çıxıb.

 Qızlardan ibarət əsas komda isə yarımfinalda Özbəkistana qalib gəlib - 45:37.

 Finalda Rusiya ilə qarşılaşan millimiz 35:45 hesabı ilə uduzub və yarışı ikinci yerdə bitirib.

 Xatırladaq ki, daha öncə qılıncoynadanlarımız 6 bürünc medal qazanmışdı.

 Beləliklə, bu gün qılıncoynatma yarışlarına yekun vuruldu.