Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyev ötən ay Serbiyada məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatında azərbaycanlı idmançının görüşündə qərəzli qərarlar verən hakim barədə açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, IBA prezidenti bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, bunları deyib:

“Bu həm İBA-nın çağırışıdır, həm də boks ailəsinin təmiz boks uğrunda istəyidir. Kim ki, idman dəyərlərini pozur, onlar olmamalıdır. Nə İBA-da, nə də idmanda. Beləliklə, bu cür halların qarşısını ciddi şəkildə alırıq”.

U.Kremlyev vurğulayıb ki, döyüşü idarə edən hakimi ömürlük boksdan kənarlaşdıracaqlar: “Boksçunun məşqçisini dəstəkləyirəm. Amma onun hərəkətləri də düz deyil, bu cür olmamalıdır. Bunun üçün qərar verən xüsusi orqanlar – intizam və etika komissiyaları var. Hakim isə ömürlük kənarlaşdırılmalıdır”.

Qeyd edək ki, Avropa birinciliyində 75 kq çəki dərəcəsində mübarizə aparan Yusif Ağakişiyevlə yerli Viktor Maystroviçin final görüşündə Şimali Makedoniyadan olan baş hakimi Stefan Subalevski qərəzli şəkildə rəqibin xeyrinə qərarlar verib və yarımçıq dayandırılan görüşdə qələbə serbiyalı idmançıya verilib.

Həmin görüşün görüntülərini bir daha sizə təqdim edirik: