Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı start götürəcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin 4 üzvü Milli Gimnastika Arenasında keçiriləcək mundialın ilk yarış günündə tatamiyə çıxacaq.
Qadınların -48 kq çəki dərəcəsində Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakaloya məğlub olub. 1/16 finaldan mübarizəyə başlayan Könül Əliyeva 1/4 finalda uduzub.
Kişilərin -60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/4 finalda məğlub olub. Eyni çəki dərəcəsində Əhməd Yusifov isə yarımfinalda Yunq Vei Yanq ilə üz-üzə gəlib və qalib gələrək adını finala yazdırıb.
Final mərhələsi saat 18:00-dan başlayaraq “İctimai TV”də canlı yayımlanacaq.


