Misirin Cizə şəhərində boks gecəsi baş tutub.
Offsideplus.az xəbər verir ki, tədbirin əsas döyüşündə ağır çəkidə WBC kəməri uğrunda Aleksandr Usik (25-0) və Riko Verhoven (1-1) üz-üzə gəliblər. Usik 11-ci raundda rəqibini texniki nokautla məğlub edib – referi qonq səsi ilə eyni anda döyüşü saxlayıb.
Verhoven kikboksçu və "Glory"nin sabiq çempionudur. Bu qarşılaşma onun peşəkar boks karyerasında çıxdığı ikinci döyüş olub.
Aleksandr Usik üçün isə bu qarşılaşma karyerasında 25-ci döyüş olub. Onun hazırkı rekordu 25-0-dır (25 qələbə, 0 məğlubiyyət).


