Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Offsideplus.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində saat 18:00-da "DH Volley" və "Milli Aviasiya Akademiyası" komandaları qarşılaşıb. Komandalar arasındakı ilk matçda "DH Volley" 3:0 hesabı ilə qalib gəlib. Fərid Cəlalovun komandası bu gün qızıl setdən qalib ayrılaraq adını finala yazdırıb.
Yüksək Liqa (qadınlar) | yarımfinal, 2-ci oyun
“DH Volley” – “Milli Aviasiya Akademiyası” 2:3 (16:25, 25:16, 20:25, 25:19, 15:17)
Qızıl set- 15:12
Yarımfinalın digər görüşü isə aprelin 13-də "Turan" və "Gəncə" klubları arasında baş tutacaq.
Reqlamentə əsasən, yarımfinal mərhələsi iki oyundan ibarətdir. Qələbə sayı bərabər olarsa, finalçını müəyyən etmək üçün "qızıl set" tətbiq olunacaq. Medal uğrunda həlledici final və üçüncülük matçları isə cəmi bir oyundan ibarət olacaq.


