Azərbaycan I Liqasında V tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, Buzovnada iki məğlubiyyətsiz komanda üz-üzə gələcək. "Baku Sportinq" "Şəfa"nı qəbul edəcək.

"Şəfa" bütün görüşlərdə qələbə qazanıb. "Baku Sportinq" isə 8 xal toplayıb.

Turun əvvəlki oyunlarında "Səbail" "Zaqatala"nı 1:0, MOİK “Cəbrayıl”ı 4:1, “Mingəçevir” “Şimal”ı 3:1, “Şahdağ Qusar” isə “Difai”ni 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan I Liqası, V tur

17 oktyabr 

14:30. “Bakı Sportinq” – “Şəfa”

Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Rasim Axundov, Şamil İmanzadə.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Buzovna qəsəbə stadionu.