Azərbaycan I Liqasında qalmaq və ya bu liqaya vəsiqə qazanmaq uğrunda həlledici pley-off oyunu baş tutub 

Offsideplus.az xəbər verir ki, I Liqa təmsilçisi "Şimal" ilə II Liqada ikinci olan "Qaradağ Lökbatan" üz-üzə gəlib.

Şamaxıda təşkil olunan qarşılaşmada "Şimal" hesabda geri düşsə də, 85 və 90+3 dəqiqədə vurduğu qollarla oyunda qələbə ilə ayrılmağı bacarıb və I Liqadakı yerlərini qoruyublar.

Onlara qələbə gətirən qolun müəllifi Rəvan Abasov olub.

Həmin anları sizə təqdim edirik: