Yeni mövsümə Polşada hazırlaşan "Neftçi" təlim-məşq toplanışı çərçivəsində birinci yoxlama matçını keçirib.
Offsideplus.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv İsrailin "Hapoel" (Tel-Əviv) klubu ilə qüvvəsini sınayıb.
Oyun "ağ-qaralar" üçün uğurlu başlanıb. Artıq 1-ci dəqiqədə Emin Mahmudov topu tora qovuşdurub.
Lakin "Neftçi" 35-ci dəqiqədə qapısından qol buraxdığına görə qələbəni əldən verib - 1:1.
Bakı klubu iyulun 22-də Polşanın "Termalitsa Nyeçetşa" komandası ilə üz-üzə gələcək.



